Azərbaycanda ata altı yaşlı övladını qaçırtdı: Polis hərəkətə keçdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ata altı yaşlı övladını qaçırtdı: Polis hərəkətə keçdi - Video

Hadisə

29 Mart 2024 20:02 496


Azərbaycanda ata altı yaşlı oğlunu görmək adıyla götürüb və bir daha geri qaytarmayıb.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində məlumat verilib.

Bildirilib ki, dörd aydır axtarışda olan Bəhruz Cabbarov və altı yaşlı oğlu Vəliyəddin Cabbarov tapılıblar. Dominos pizza

B.Cabbarov canlı efirə qoşularaq oğlunu oğurladığını etiraf edib.

Atanın spirtli içki və narkotik maddə istifadə etdiyi iddia olunur. Boşanma zamanı məhkəmə isə altı yaşlı Vəliyəddin Cabbarovun himayəsini anasına verib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanlarla işin təşkili şöbəsinin rəis müavini İmran Əliyev bildirib ki, sözügedən şəxs əvvəllər də alimentdən yayınmaya görə axtarışda olub.

Hazırda isə faktla bağlı araşdırma aparılır.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!