Azərbaycanda ayılar kəndlərə hücum etdi – Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ayılar kəndlərə hücum etdi – Video

Hadisə

05 Dekabr 2019 16:48 1947


Qubadan sonra ayı kəndlərə hücum edir. Hər gün ayı arı pətəklərini dağıdır. Ordan bal yedikdən sonra sanahsi gün yenə təkrar gəlir. 

“Yeni Sabah” xəbər verir ki, bu hal artıq 15- gündən çoxdur ki, davam edir. Ayılar hətta gündüzlər də kəndin yaxınlığında görünməyə başlayıb. Kadrları isə kənd sakinləri öz mobil telefonları ilə lentə alıb. 

Kimisi evin içindən ayını həyətə gələndə çəkib, kimisi isə kəndin içindən avtomobillə ayını qovarkən çəkib. Görüntülər Qusarın Zindanmuruq və Əniğ kəndlərindəndir. Toyuqlu pizza

Sakinlər bildirirlər ki, ayılar hər axşam həyətyanı sahələrə ordanda düz qapıya gələrək həyətbacanı dağıdır. 40-a yaxın arı pətəyi dağıdılaraq ordan bal yeyib. Bəzi evlərin çəpərlərini də ayılar dağıdıb. Vəziyyət o həddə çatıb ki, ayıları kənd sakinləri avtomobillə qovurlar ki, sakinlərə toxunmasın. 

Kəndin İcra nümayəndəsi İmran Hacaliyev açıqlamasında bildirib ki, ayılar demək olar ki, hər gün gəlir. Kənddə harda arı yeşikləri var ora gedir. Gecələr həyətlərə çıxmaq qorxulu hala çevrilib. Ayılar əsasən Qusarın Aladaş Zindanmuruq və Əniğ kəndlərinə gəlir. Məsələ Qusar rayon İcra Hakimiyyətinindı diqqətindədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!