Azərbaycanda bu ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM

Sosial

22 Dekabr 2025 13:25 2071


Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək.

"Yeni Sabah" xəbər verir ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2025-ci il dekabrın 30-u tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 (iki yüz) manat məbləğində birdəfəlik maddi yardım veriləcək. pizza sifarişi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!