Hazırda Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsi vakantdır.
“Yeni Sabah” xəbər verir ki, muxtar respublikanın Baş naziri Ceyhun Cəlilov noyabrın 12-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin olunub.
Naxçıvan MR Ali Məclisi bununla əlaqədar olaraq həmin gün C.Cəlilovu Baş nazir vəzifəsindən azad edib. Sezar pizza
Bununla da muxtar respublikanın Baş naziri vəzifəsi boşalıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamla Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli işdən çıxarılıb. Həmin vəzifəyə Ceyhun Ramiz oğlu Cəlilov təyinat alıb.
Nazim Hacıyev
Telegram kanalımız