Azərbaycanda bələdiyyə seçkilərinin vaxtı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bələdiyyə seçkilərinin vaxtı açıqlandı

Siyasət

18 Oktyabr 2019 14:48 1133


Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. 

"Yeni Sabah"ın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bildirilib. 

İclasa sədrlik edən MSK sədri Məzahir Pənahov qeyd edib ki, ötən bələdiyyə seçkiləri dekabrın 23-də baş tutub və bu ilin dekabr ayının 23-də bələdiyyə üzvlərinin səlahiyyətləri başa çatır.  Dördpendirli pizza

M. Pənahov bu il bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsini məqsədəuyğun hesab etdiyini vurğulayaraq təklifi səsə qoyub. Təklif MSK üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

Bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi prosesi sabahdan - oktyabrın 19-dan başlayacaq.

İclasda bildirilib ki, seçkilərdə iştirak etmək istəyən şəxslər seçkilərin təyin olunması ilə bağlı qərarın dərc edildiyi gündən - oktyabrın 19-dan namizədliklərini irəli sürə bilərlər./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!