Azərbaycanda beş rəis vəzifəsindən azad edildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda beş rəis vəzifəsindən azad edildi

Sosial

08 May 2019 14:15 2068


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində beş rəis vəzifəsindən azad edilib.

“Yeni Sabah” xəbər verir ki, bunu xidmətin rəisi Arzu Rəhimov bu gün keçirilən müşavirədə elan edib. 

Onun əmri ilə xidmətin Bakı şəhəri Sabunçu və Suraxanı rayon idarələrinin, Cəlilabad, Ağcabədi və Gəncə şəhərinin Nizami rayon şöbələrinin rəisləri tutduqları vəzifələrdən azad edilərək sərəncama götürülüblər. Dördpendirli pizza

A. Rəhimov deyib ki, vətəndaşların qə¬bulu və müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin olunması işinin davam etdirilməsi zəruridir. Vurğulayıb ki, hər bir hərbi qulluqçu, mülki  əməkdaş vətəndaşların problemlərinə qayğı ilə yanaşmalı, öz davranışı, işi, mədəniyyəti ilə nümunə göstərməlidir.

Müşavirədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində yol verilmiş nöqsanlar təhlil edilib, çatışmazlıqların aradan qaldırılması və gələcəkdə təkrarlanmamasına dair göstərişlər verilib. Şəxsi heyətin Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməsinin, hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməsinin zəruriliyi vurğulanıb, həlli vacib məsələlərlə bağlı konkret qərarlar qəbul edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!