Azərbaycanda bir gündə 576 nəfərdə COVID-19 aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bir gündə 576 nəfərdə COVID-19 aşkarlandı

Sağlamlıq

12 Mart 2021 16:42 925


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 576 yeni yoluxma faktı qeydə alınıb, 217 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 238 959 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 230 461 nəfər müalicə olunaraq sağalıb, 3 268 nəfər vəfat edib, aktiv xəstə sayı 5 230 nəfərdir. pizza hut

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 595, ötən müddət ərzində isə ümumilikdə 2 690 711 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!