“Azərbaycanın ailə dəyərlərinə başqa xalqların ailə dəyərlərinin təsiri var”.
“Yeni Sabah” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Mübariz Qurbanlı “Beynəlxalq Ailə günü”nə həsr edilən “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda çıxışı zamanı deyib.
O, Azərbaycan ailələrinin yad təsirlərdən qorunması üçün çağırış edib: pizza
“Bəzən gələcəkdə ailə institutunun tamamilə sıradan çıxacağı barədə proqnoz verirlər. Amma bu, təbii ki, düzgün proqnoz deyil. İstənilən xalqın öz ailə dəyəri var. İslam dini ailə dəyərlərinə böyük diqqət yetirir. Ümumiyyətlə, bütün səmavi kitablarda ailə müqəddəs dəyər hesab olunur. Peyğəmbərimiz bəşəriyyətə nikaha daxil olmağı tövsiyə edib”.
Komitə sədrinin sözlərinə görə, ailə təkcə iki şəxsin məhəbbəti üzərində qurulan dəyər deyil: “Təsadüfi qurulan ailələrin heç bir zaman perspektivi ola bilməz. Müsəlman ölkələrində, eləcə də Azərbaycanda boşanma halları çox azdır. Avropada isə boşananların sayı nikaha daxil olanların sayından çoxdur. Elə ölkələr var ki, orada boşanma halları 70-75 faiz təşkil edir”.
Telegram kanalımız