Azərbaycanda bu bank 6.1 milyon xalis mənfəət edib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu bank 6.1 milyon xalis mənfəət edib

İqtisadiyyat

14 Oktyabr 2024 11:23 1317


“Bank VTB Azərbaycan” 2024-cü ilin ilk doqquz ayını 6,14 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 29% azdır. 

“Yeni Sabah”ın hesablamısan görə, son bir ildə bankın xalis mənfəəti 2,5 milyon manat azalıb. Belə ki, 2023-cü ilin III rübündə “Bank VTB Azərbaycan” 8,6 milyon manat xalis mənfəət açıqlamışdı. 

Hesabat dövründə bankın cəmi gəlirləri 33,45 milyon manat, cəmi xərcləri 27,75 milyon manat, əməliyyat mənfəəti isə 4,2 milyon təşkil edib. pizza

Bank əldə etdiyi xalis mənfəət hesabına yığılmış zərərini nisbətən azaltsa da, bu məbləğ hələ də kifayət qədər böyükdür. Belə ki, bu ilin III rübü üzrə “Bank VTB Azərbaycan”ın yığılmış zərəri 220,08 milyon manat təşkil edib. İlin əvvəlində bu rəqəm 226,2 milyon manat təşkil edib. Bu isə səhmdar kapitalını “yeyib” və cəmi kapital 97,6 milyon manat təşkil edib. 

İlin əvvəli ilə müqayisədə 2024-cü ilin oktyabrın 1-nə bankın cəmi aktivləri 20% artaraq 299,15 milyon manat olub. Bunun 225,69 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Hesabat dövründə bankın öhdəlikləri isə 27,2% artaraq 201,5 milyon manata yüksəlib. 

Xatırladaq ki, “Bank VTB Azərbaycan” 2003-cü ildən fəaliyyət göstərən “AF Bank” ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,815 milyon manatdır. Bankın səhmlərinin 99,99 %-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005 %-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!