Azərbaycanda bu bank əmanət faizlərini azaltdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu bank əmanət faizlərini azaltdı

İqtisadiyyat

02 İyul 2024 14:18 3366


 “Bank VTB Azərbaycan” depozit faizlərini endirib. 

"Yeni Sabah" bu barədə banka istinadən xəbər verir. Məlumata görə, Bank sərfəli əmanət paketi üzrə gəlirliliyi 1,5% azaldıb. Belə ki, bank bundan əvvəl 1-3 illik əmanətlər üzrə 12% gəlirlilik təklif edilirdisə, hazırda 10,5%-ə endirilib. 

Qeyd edək ki, bu ilin may ayında bank sərfəli əmanət paketi üzrə faizləri 11,25-11,5%-dən 12%-dək artırmışdı.  pizza sifarişi

Xatırladaq ki, “Bank VTB Azərbaycan” 2003-cü ildən fəaliyyət göstərən “AF Bank” ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,8 milyon manatdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!