Azərbaycanda bu bank kredit faizlərini artırdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu bank kredit faizlərini artırdı

İqtisadiyyat

05 Noyabr 2024 14:08 3384


“Expressbank” ötən aydan etibarən kredit faizlərini artırıb. 

“Yeni Sabah” xəbər verir ki, minimal kredit faizini 10,9 %-dən 12%-ə yüksəldib.  Başqa sözlə, bank kredit faizlərini 1,1% bəndi artırıb. Komissiya haqqı isə dəyişməyib və yenə də 3 %-dək nəzərdə tutulub. 

Komissiya haqqı nəzərə alınmaqla  “Expressbank” bu göstərici ilə noyabr ayında Azərbaycanda ən yüksək faizlə kredit təklif edən 6-cı bank olub. Bank ümumilikdə 59 ayadək 40 min manata qədər kredit təklif edir.  pizza mizza

Xatırladaq ki, "Express Bank" 1992-ci ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112,545 milyon manatdır. Bankın səhmlərinin 48,8 %-i “Azenco Group”a, 30,85 %-i “Enerqoservis” MMC-yə, 19,98 %-i Hafiz Seyidova, 0,3 %-i Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!