Azərbaycanda bu bölgə yoluxmada birincidir –   53.4 faiz...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu bölgə yoluxmada birincidir – 53.4 faiz...

Sağlamlıq

28 İyun 2020 11:00 1862


Azərbaycanda koronavirusa yoluxmada son vəziyyət açıqlanıb.

“Yeni Sabah” Koronavirusinfo.az saytına istinadən xəbər verir ki, son məlumatlardakı rəqəmlər Bakıda yoluxma hallarının yenidən artdığını göstərir.

Belə ki, bundan əvvəlki göstəricilərdə ümumi yoluxma hallarında Bakının payı 52 faiz təşkil edirdisə, hazırda bu, 53,4 faizdir. pizza

Sonrakı yerlərdə 15,8 faizlə Abşeron, 9,4 faizlə Gəncə-Qazax, 7,8 faizlə Aran, 6,1 faizi Lənkəran, 1,7 faizi Quba-Xaçmaz, 1,4 faizi Şəki-Zaqatala, 1,4 faizi Dağlıq Şirvan, 1,2 faizi Yuxarı Qarabağ, 0,03 faizi Naxçıvan qərarlaşıb.

Rəsmi məlumata görə, Azərbaycandakı koronaviruslu xəstələrin 1,6 faizi ölkə xaricində yoluxanlardır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!