Azərbaycanda bu dərmanın satışı qadağan olundu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu dərmanın satışı qadağan olundu

Sağlamlıq

05 Fevral 2021 15:27 932


“EQİS ƏCZAÇILIQ ZAVODU” QSC-nə məxsus “Hartil®-D” ticari adlı ramipril / hydrochlorothiazide - 2.5 mg/12.5 mg tərkibli tabletlər №28 (2x14) blisterdə, karton qutu qablaşmada dərman vasitələrinin stabillik sınaqlarından əldə olunan nəticə spesifikasiya çərçivəsindən kənara çıxdığından qeyd edilən seriya ilə buraxılan dərman vasitəsinin geri çağırılması qərarı alınıb.

Səhiyyə Nazirliyindən Yenisabah.az-a bildirilib ki, bu barədə topdansatış əczaçılıq müəssisələri və “EQİS ƏCZAÇILIQ ZAVODU” QSC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi məlumatlandırılıb. Həmçinin 0010319 seriya ilə buraxılmış son istifadə tarixi 03.2022 olan “Hartil®-D” ticari adlı ramipril / hydrochlorothiazide - 2.5 mg/12.5 mg tərkibli tabletlər №28 (2x14) blisterdə, karton qutu qablaşmada dərman vasitəsinin ölkəyə idxalı və ölkədə topdan və pərakəndə satışı qadağan edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!