Azərbaycanda bu məktəblərdə tədris sırf rus dilində aparılır...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu məktəblərdə tədris sırf rus dilində aparılır...

Sosial

05 May 2019 10:35 1483


“Azərbaycanda rus dilinin statusu və rus məktəbləri ilə bağlı məsələnin aktuallığı qalmaqdadır. Mən də birmənalı şəkildə  ölkədə təhsilin dövlət dilində - Azərbaycan dilində aparılmasının tərəfdarıyam”.
“Yeni Sabah” xəbər verir ki, bunu siyasi şərhçi Əlabbas Məhərrəmov deyib. O, bildirib ki, təəssüf ki, qanunvericiliyin  əksinə olaraq, ölkədə təhsilin sırf rus dilində aparıldığı məktəblər qalmaqdadır: “Sonra artmayıbsa, onların sayı bir müddət əvvəl 15 idi. Həmin məktəblərin də əksəriyyəti rayonlarda fəaliyyət göstərir. Bu, əlbəttə ki, təəssüf doğurur və bu vəziyyətin dəyişməsi üçün addımların atılması vacibdir”.
Ə. Məhərrəmov deyib ki, doğulub böyüdüyü Quba şəhərində fəaliyyət göstərən 3 saylı məktəbdə də tədris sırf rus dilində aparılır: “Yəni rayonun bir neçə məktəbində Azərbaycan və rus bölmələri olsa da, 3 saylı məktəb tam rusdillidir.
Ancaq aldığım məlumata görə, Təhsil Nazirliyi Qubadakı 3 saylı məktəbdə Azərbaycan bölməsinin açılması istiqamətində hərəkətə keçib. Böyük ehtimalla, yeni tədris ilinə qədər bu işlər tamamlanacaq. Çox arzuolunandır ki, tək Qubadakı o məktəbdə deyil, bütün rusdilli məktəblərdə Azərbaycan bölməsi açılsın. Yekunda isə tədris ümumiyətlə, Azərbaycan dilinə keçirilsin. Cəmiyyətin davamlı reaksiyası da bu məsələyə təkan verə bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!