Azərbaycanda bu nazirlik üçün yeni bina tikilir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu nazirlik üçün yeni bina tikilir

Sosial

11 Dekabr 2025 09:36 2666


Olimpiya Hərəkatı və İdman Muzeyi kimi inşasına başlanmış tikili Gənclər və İdman Nazirliyinin inzibati binasına çevriləcək.

“Yeni Sabah” xəbər verir ki, İqtisadiyyat.az bu barədə nazirlikdən məlumat əldə edib.

Məlumata görə, bununla əlaqədar tikinti işlərinin davam etdirilməsinə başlanılır. Sezar pizza

Nazirlik tikinti işlərinin icrası ilə bağlı “İnşaatçı 3” şirkəti ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən, Olimpiya Hərəkatı və İdman Muzeyi kimi tikintisinə başlanmış obyektin Gənclər və İdman Nazirliyinin inzibati binasına çevrilməsi ilə əlaqədar tikinti işlərinin davam etdirilməsi 1 milyon 656 min manata başa gələcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!