Azərbaycanda bu qədər seçici var

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu qədər seçici var

Sosial

29 May 2019 10:28 891


Azərbaycanda seçicilərin siyahısının dəqiqləşdirilməsi başa çatıb. 

"Yeni Sabah" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 5 milyon 212 min 902 seçici var. Marqarita pizza

M.Pənahov bildirib ki, seçicilərin 50,83 %-ni (2 649 641) qadınlar, 49,17 %-ni (2 563 261) isə kişilər təşkil edir.

MSK sədri qeyd edib ki, ötən illə müqayisədə bu il seçicilərin sayı 21 minə yaxın artıb: “Bu il də ən yaşlı seçici Bərdə rayonunda qeydiyyatdadır. O, 1894-cü il təvəllüdlü 125 yaşlı Səmərqə Allahverdiyeva Gülməmməd qızıdır”.

Qeyd edək ki, seçicilərin siyahısının dəqiqləşdirmə prosesinə yanvar ayından start verilib.

Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!