Azərbaycanda bu rayonda 7 gündür su yoxdur

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu rayonda 7 gündür su yoxdur

Rəsmi

29 Avqust 2019 19:40 1390


Azərbaycanın ən isti rayonlarından biri olan Sabirabadda artıq 7 gündür əhaliyə su verilmir.

Bu barədə məlumatı əslən Sabirabaddan olan jurnalist Pərvanə Sultanova sosial şəbəkə hesabından paylaşıb.

Jurnalistin sözlərinə görə, “Azərsu” rəsmilərinin nikbin açıqlamalarına baxmayaraq, Sabirabada suyun verilməsi hələ də bərpa edilməyib: Marqarita pizza

“Bu gün artıq 7-ci gündür ki, Sabirabada su verilmir. Yayın istisində, Sabirabad kimi istidən od tutub yanan bir rayonda insanlar su üzünə həsrət qalıblar, içməyə su tapmırlar.

Zəng etmişəm, “Azərsu” deyilən qurumun qaynar xəttinə. Utanmadan deyirlər ki, su təminatı bərpa olunub. Amma məlum olur ki, yalan danışırlar. Problemin aradan qaldırılması heç kim üçün maraqlı deyil. Və bunun adı dərəbəylik”. \\Yenicag


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!