Azərbaycanda bu şəxslər 2 min manatdan çox əmək haqqı alır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu şəxslər 2 min manatdan çox əmək haqqı alır

İqtisadiyyat

25 Noyabr 2024 09:44 3336


Bu ilin ilk 9 ayında Azərbaycanda muzdla çalışan işçilər arasında ən yüksək əmək haqqını xam neft və təbii qaz hasilatı sahəsinə işləyənlər alır.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu sahədə işləyən muzdlu işçilər ayda orta hesabla 3 min 724,8 manat əmək haqqı alırlar.

Qeyd edək ki, ay ərzində 2 min manatdan yüksək əmək haqqını aşağıdakı sahələrdə işləyənlər alır: Dördpendirli pizza

Xam neft və təbii qaz hasilatı – 3 724,8 manat

Metal filizlərinin hasilatı – 2 141,4 manat

Su nəqliyyatının fəaliyyəti – 2 231,4 manat

Maliyyə fəaliyyəti (sığorta və pensiya təminatı üzrə xidmətlərdən başqa) – 2738,5 manat

Sığorta, təkrar sığorta və pensiya təminatı – 2 920,4 manat

Mərkəzi ofislərin fəaliyyəti və idarəetmə sahəsində fəaliyyət – 3230,6 manat

Reklam fəaliyyəti və bazarın öyrənilməsi – 2 215 manat

Qumar oyunlarının təşkili və mərс çəkmək üzrə fəaliyyət – 2 504,2 manat


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!