Azərbaycanda bu şəxslərə mal-qara veriləcək   - SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu şəxslərə mal-qara veriləcək - SİYAHI

İqtisadiyyat

14 Dekabr 2024 21:40 28835


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq layihəsi çərçivəsində 69,5 milyon manatlıq mal-qara alır. 

Yenisabah.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, qurumun bununla bağlı elan etdiyi tenderdə idxal inək, idxal qoyun, idxal qoç, keçi, təkə, arı ailəsi və digər malların alınması və özünüməşğulluq layihəsi çərçivəsində təchizatı işlərinin satın alınması nəzərdə tutulur.

Belə ki, agentlik aşağıdak mal-qaranı sifariş edir: pizza sifarişi

1) 3 yaşa qədər diri çəkisi minimum 265 kq olan 14 400 inək,

2) 2-4 yaş arası çəkisi minimum 45 kq olan 40 000 qoyun,

3) 2-4 yaş arası çəkisi minimum 55 kq olan 2 000 qoç,

4) 2-4 yaş arası çəkisi minimum 35 kq olan 10 000 keçi,

5) 2-4 yaş arası çəkisi minimum 35 kq olan 1000 təkə,

6) minimum 15000 sayda işçi arıdan ibarət olan 14 000 arı ailəsi (Ana arı ən azı 1 yaşında olmalıdır),

7) Qarışıq yem – 800 kq (5840 kq)

8) Arıçı geyimi (qurşaqdan yuxarı,papaqla birlikdə,qalın bez material) - 700 dəst,

9) Bal süzən aparat (alminium və nerjavika qarışığı, 4 pərli, 40 lt) - 700 ədəd.

Dövlət Məşğulluq Agentliyi sözügedən mal-qaranın alınmasına 69 552 210 manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.

Məlumat üçün xatırladaq ki, agentlik özünüməşğulluq layihəsi çərçivəsində mal-qaranı adətən “Agro Best” şirkətindən alır. Qurum bu ilin may ayında həmin şirkətdən 66,8 milyon manatlıq mal-qara alıb.Açıqlanan məlumatlara əsasən, 2021-ci ildən bəri özünüməşğulluq layihəsi çərçivəsində şirkətlə Agentlik arasında dəyəri 258 milyon manatdan artıq satınalma müqaviləsi bağlanılıb.

Qeyd edək ki, özünüməşğulluq şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsidir. İşsiz və mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslər özünüməşğulluq proqramında iştirak etmək hüququna malikdirlər. Özünüməşğulluq proqramında iştirak etmək istəyən şəxslər qeydiyyatda olduğu Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına və ya “DOST” mərkəzlərinə müraciət etməlidirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Taleh memmedov
    Mal isteyirem 3 bas damazliq ucun atirimaq meqsedi ile baxib artirmaq isteyirem
    1 year ago
  • NƏRIMAN
    Cox istiyerem olsun menimde
    1 year ago
  • NƏRIMAN
    Sumqayit seher
    1 year ago
  • SahiL
    Salam bu milet hele gozyur sebir edir siz dovleti mileti yalan vedlernen aladrslz sosialda olan yiyinti bu dovletin bucesi qeder ozerine mesref edener hindi milet fikresir 3 ildi goycay rayonunda novbedeyem gelib 1il bunan qabag ceklis elybler yalan danslar xalql arlya qoylar
    1 year ago
  • Suret Hemidov Cəllad oqlu
    Menede lazimdi hem i$ hem mal qara
    1 year ago
  • Fərmail əzizov Fəraməz
    Masallı rayonu eminli kədi əzizov Fərmail hec bir yerdə işləmirəm necə dəfələrdən muraciyət etmişəm elə verəceyiq deyiblər ot sahəm var babamnam qalan fermam təsuf ki boşdu ici var xaşı edirəm mənə də verilsun təsərufadan
    1 year ago
  • Fərmail əzizov Fəraməz
    Salam necə ildir ki mənim muraciyətimə baxmılar sizdən xaşım mənədə ayrəlsın Təsərufadan baxa bilərsiz özümün 1 belə qoyunum yoxdu 7 heqdar taxıl əkmişəm babamnan qalan fermam var amma icdə hecnə yoxdu təsufki
    1 year ago
  • Fərmail
    mən necə ildir ki muraciyət edirəm hec bir qurum bazmır Özümün 7 heqdar sahəm Taxıl əkmişəm Babamnan qalma fermam hər vir şərayitim var amma vermilər
    1 year ago
  • Nihat
    Məndə kasibam menimde ehtiyacım var mal qaraya şəraitimdə var saxlamaqa
    1 year ago
  • Kazim
    Kwss
    1 year ago
  • Qırım Quliyev Allahqulu
    Qusar Rayonu Yuxarı Ləgər Kənd sakini Quliyev Qırım Allahqulu oğlu dost mərkəzindən baytar doxduru işləyirdim bir il beş ay işlədim indi işdən çıxardilar hal hazırda işsiz kimi qeydiyyatda durmuşam mən qoyun götürə bilərəm
    1 year ago
  • Anar
    Salam necə əldə edə bilərik bunu ?
    1 year ago
  • Rəsad
    258 milyondan behs edilir umumi.... aman ne qeder yeyinti.... o pulu mene verseler ölkeni saxlayarame mal qara ile....etin kq artiq 15 manat olub ....Allah goturmesinde bu qeder haqsizligi....
    1 year ago