Azərbaycanda çıxış etmiş futbolçu saxlanıldı -   Narkobaron imiş - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda çıxış etmiş futbolçu saxlanıldı - Narkobaron imiş - Foto

İdman

20 Noyabr 2019 10:07 1540


“Bakı” klubunun sabiq futbolçusu Serxio Kontreras Pardo həbs edilib. 

“Yeni Sabah” xəbər verir ki, “Koke” ləqəbli keçmiş hücumçu narkotik ticarəti ilə məşğul olmaqda şübhəli bilinir. O, vətəni İspaniyanın Estepona şəhərində polis reydi zamanı saxlanılıb.

Hüquq-mühafizə orqanları ümumilikdə 20-yə yaxın şəxsin həbs edildiyini açıqlayıb. Onlardan 1 tona yaxın, dəyəri təxminən 700 min avro olan həşiş aşkarlanıb. Narkotiklərin satışına isə 36 yaşlı futbolçunun rəhbərlik etdiyi deyilir.  Pepperoni pizza

Qeyd edək ki, Bakıda 2012-ci ildə çıxış etmiş “Koke” karyerası ərzində “Marsel”, “Malaqa”, “Sportinq” kimi klublarda da çıxış edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!