Azərbaycanda çörəyə tük qatılması iddiaları yenidən gündəmdə - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda çörəyə tük qatılması iddiaları yenidən gündəmdə - Video

Sosial

03 Avqust 2023 01:17 2145


Azərbaycanda satılan çörəyin tərkibinə donuz və insan tükünün qatılması iddiaları yenidən gündəmə gəlib.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, çörəyə donuz və insan tükünün qatılmasına rəsmi olaraq icazə var və buna icazə verə bilən insanlar isə susurlar:

“Bu qatqılar yumşaq və elastik çörəklərdə mövcuddur”. pizza hut

Qeyd edək ki, bir müddət əvvəl sözügedən iddia ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, yayılan məlumatlar qeyri-ciddidir və iddia edilən məsələ ilə bağlı əgər hansısa bir əmtəə nişanında, çörək istehsalı müəssisəsində, satış şəbəkəsində fakt varsa, xahiş olunur agentliyə təqdim etsinlər. AQTA həmin məlumatları dərhal nəzarətə götürərək araşdıracaq.

Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!