Azərbaycanda COVID-dən 4 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda COVID-dən 4 nəfər öldü

Sosial

20 Dekabr 2022 17:37 726


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 107 yeni yoluxma faktı qeydə alınıb, 65 nəfər müalicə olunaraq sağalıb.

Yenisabah.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib. Dominos pizza

İndiyədək ölkədə ümumilikdə 825 527 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 944 nəfər müalicə olunaraq sağalıb, hazırda 586 aktiv xəstə var. Bu günə qədər 9 997 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 253, bu günə qədər isə ümumilikdə 7 410 224 test icra olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!