Azərbaycanda daha 2361 nəfər virusa yoluxdu, 24 nəfər vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha 2361 nəfər virusa yoluxdu, 24 nəfər vəfat etdi

Sağlamlıq

02 Aprel 2021 17:33 756


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2361 yeni yoluxma faktı qeydə alınıb, 822 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 266 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 239 807 nəfər müalicə olunaraq sağalıb, 3617 nəfər vəfat edib, aktiv xəstə sayı 22 898 nəfərdir. Pepperoni pizza

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 127, ötən müddət ərzində isə ümumilikdə 2 901 160 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!