Azərbaycanda daha 2457 nəfər COVID-19-a yoluxdu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha 2457 nəfər COVID-19-a yoluxdu

Sağlamlıq

13 Aprel 2021 16:38 851


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 457 yeni yoluxma faktı qeydə alınıb, 2 002 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 289 601 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 253 762 nəfər müalicə olunaraq sağalıb, 3978 nəfər vəfat edib, aktiv xəstə sayı 31 861 nəfərdir. pizza mizza

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 254, ötən müddət ərzində isə ümumilikdə 3 040 386 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!