Azərbaycanda daha 297 nəfər COVID-19-a yoluxdu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha 297 nəfər COVID-19-a yoluxdu

Sağlamlıq

09 Mart 2021 16:42 1167


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 297 yeni yoluxma faktı qeydə alınıb, 126 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 237 260 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 915 nəfər müalicə olunaraq sağalıb, 3 250 nəfər vəfat edib, aktiv xəstə sayı 4 095 nəfərdir. pizza hut

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 152, ötən müddət ərzində isə ümumilikdə 2 663 151 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!