Azərbaycanda daha bir futbol klubu dağıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha bir futbol klubu dağıldı - Foto

İdman

04 Noyabr 2019 08:26 1013


Azərbaycanda daha bir futbol klubu dağılıb.

“Yeni Sabah” xəbər verir ki, Region Liqasında çıxış edən “Ağsu Siti”  fəaliyyətini dayandırıb. 

Bu barədə klubun rəsmi “Facebook” hesabı məlumat yayıb. Buna səbəb klubun maliyyə problemləri ilə üzləşməsidir. Klub bəyanatında “İmişli” ilə oyundan sonra Region Liqasından ayrılacağını qeyd edib. Səfərdə 2:7 hesabı ilə qalib gələn “Ağzu Siti” bank hesablarını paylaşaraq klubun fəaliyyəi üçün insanlardan kömək istəyib.  Sezar pizza

Qeyd edək ki, "Ağsu Siti" klubuna Rəmzi Eminli rəhbərlik edib. O, klubun maliyyə məsələlərini bir müddət öz üzərinə götürb. Maliyyə sıxıntısı ilə üzləşən klub rəsmiləri sponsor üçün bir sıra yerlərə müraciət etsə də, müsbət cavab almadığı üçün fəaliyyətini dayandırmaq qərarına gəliblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!