Azərbaycanda dəhşətli istilər olacaq -   Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda dəhşətli istilər olacaq - Açıqlama

Sosial

07 İyun 2019 09:13 2466


“Ümumiyyətlə, bu il  iyun ayında ölkə ərazisində, xüsusən də Bakıda və Abşeron yarımadasında  istilər bir qədər tez başladı. Ölkə ərazisinə cənubdan hava kütlələrinin daxil olması nəticəsində isti hava şəraiti müşahidə olunur”. 

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev deyib. Onun sözlərinə görə, bu cür isti hava şəraiti qonşu ölkə ərazisində də müşahidə olunmaqdadır:

“Cənubdan isti hava axınlarının ölkə ərazisinə  daxil olması ilə əlaqədar nisbətən isti hava müşahidə edilir. Qeyd edim ki, bu gün ölkə ərazisində nisbətən küləkli hava şəraiti müşahidə olunacaq. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gündüz  saatlarında  27-32 dərəcə təşkil edəcək.  Sezar pizza

Ayın 8-də də  gecə və səhər küləkli hava şəraiti müşahidə olunacaq, lakin  ayın 8-i gündüzdən başlayaraq  axşama doğru külək mülayimləşəcək. Temperatur  günorta saatlarında 26-32 dərəcə təşkil edəcək”.

A.Verdiyev bildirib ki, bu ay ölkə ərazisində havanın temperaturunun iqlim normasından yüksək olacağı gözlənilir:

“Ancaq qarşıda iyul, avqust ayları da var. Bu aylarda ən isti hava şəraiti müşahidə olunur. İyul, avqustda da  ayrı-ayrı günlərdə istilər istisna olunmur. 

Ən yüksək temperatur iyul-avqustda müşahidə olunur. İndidən ən yüksək temperaturun nə qədər olacağını deyərək tələsməzdim. Əlbəttə, kəskin istilər  gözlənilərsə, biz tərəfdən əhaliyə müvafiq xəbərdarlıqlar olunacaq”, deyə hidroloq əlavə edib.

Əsmər Qabil


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!