Azərbaycanda dəmir yollarının elektrikləşdirilməsi dayandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda dəmir yollarının elektrikləşdirilməsi dayandırıldı

Sosial

05 Dekabr 2025 21:04 5190


Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib.

"Yeni Sabah" Yurd.Media-ya istinadən xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov qurumun dekarbonizasiya üzrə layihəsinin təqdimat mərasimində bildirib.

Maraqlıdır ki, baş dəmiryolçu ötən il noyabrın 20-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Rhenus Logistics” beynəlxalq logistika xidmətləri şirkətinin birgə təşkilatçılığı ilə keçirilən “Qitələri birləşdirən yol: İpək Yolu boyunca davamlı nəqliyyat və logistika – Avropa və Latın Amerikası” adlı tədbirdə çıxışı zamanı da sözügedən rəqəmin 63% olduğunu bildirib. Sezar pizza

Belə çıxır ki, Azərbaycanda dəmir yollarının elektrikləşdirilməsi dayandırılıb.

ADY-nin əvvəlki sədri Cavid Qurbanov isə 2019-cu ilin oktyabr ayında bəyan etmişdi ki, dəmir yollarında elektrikləşdirmə göstəricisi 60%-dir. Yəni, səhmdar cəmiyyəti son 6 ildə bu istiqamətdə cəmi 3 faiz bəndi irəliləyib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!