Azərbaycanda deputatın mandatına xitam verilir - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda deputatın mandatına xitam verilir - Foto

Siyasət

09 Dekabr 2025 19:19 4988


Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı Əli Abbasovun mandatına xitam verilməsi məsələsi qaldırılıb.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyasının iclasında məsələ müzakirə olunub.

Komissiya bununla bağlı Ali Məclisə müraciət olunması barədə qərar qəbul edib. pizza mizza

Məsələ Ali Məclisin iclasında müzakirə olunacaq.

Qeyd edək ki, deputat Əli Abbasovun adı bir müddət öncə məhkəmə işində hallanıb. Həmiş iş üzrə tərəflər arasında barışıq əldə olunub, işə xitam verilib.

Əli Abbasov Şərur rayonu 4 saylı Yengicə seçki dairəsi üzrə deputat seçilib. O, Ali Məclisin iqtisadi- siyasət komitəsinin üzvüdür.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!