Azərbaycanda deputatların sayı artırılacaq - İddia

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda deputatların sayı artırılacaq - İddia

Siyasət

12 Fevral 2019 15:12 1082


Azərbaycanda deputatların sayı artırıla bilər. İddialara görə, deputat yerlərinin artırılması hakimiyyət dairələrində də müzakirə olunur. 

Milli Məclisdə deputat yerlərinin sayının artırılması məsələsi əvvəllər bir neçə dəfə qaldırılsa da, reallaşmayıb. Amma bu məsələ heç vaxt gündəmdən düşmür.

Əhali və seçici sayı Azərbaycanla müqayisədə xeyli az olan ölkələrin bir çoxunda parlamentarların sayı ölkəmizlə müqayisədə çoxdur. Məsələn, Gürcüstan və Ermənistan əhalisinin sayı bizdən az olsa da, deputatları 150 nəfərdir. pizza

125 nəfərlik parlamentin formalaşdırılmasına Azərbaycan müstəqilliyini bərpa etdiyi illərdə, əhalinin sayı 7 milyondan az olduğu dövrdə qərar verilib. Bəs deputatların sayının artırılacağı ilə bağlı iddia nə dərəcədə realdır?

Deputat Fəzail Ağamalı: “Əhalinin sayı ilə deputat sayında proporsiyada fərq var. Ancaq bunun üçün ilk növbədə konstitusiyada dəyişiklik olmalıdır. İndiyə qədər konstitusiyaya edilən dəyişikliklərdə bu təkliflər nəzərə alınmayıb. Amma gələcəkdə nəzərdən keçirilə bilər. Mən də tərəfdarıyam ki, deputatların sayı əhalinin sayına uyğunlaşdırılsın, artırılsın”.

Deputat Musa Quliyev: “Əgər konstitusiyaya düzəlişi olunarsa, bu məsələni müzakirə etmək olar. Qanunvericiliyə görə, 40 min vətəndaşın təşəbbüsü hüququ var. Ona görə referendum olmalıdır. Gündəmdə bu məsələ yoxdur, belə dəyişiklik gözlənilmir. Əgər əhalinin sayına görə təmsilçilik azdırsa, deputat sayı artırıla bilər”. 

Deputat Fazil Mustafa: “Bunun bir mənası yoxdur. Əgər say artırılırsa, əsaslandırılmalıdır ki, nəyə görə edilir, hansı problemlərin həllinə təsir edəcək. İndiki halda 125 nəfər deputat az deyil və işimizi də çətinləşdirmir”.

Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!