“Azərbaycanda deputatların sayı artırılsın” –   YAP təmsilçisindən təşəbbüs

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanda deputatların sayı artırılsın” – YAP təmsilçisindən təşəbbüs

Siyasət

03 Noyabr 2019 08:05 1259


“Son günlər Prezidentin apardığı kadr islahatları hər bir Azərbaycan vətəndaşının hansı mövqedə olmalarından asılı olmayaraq ürəyinə olan bir təşəbbüs kimi qəbul edilir”.

“Yeni Sabah” xəbər verir ki, bunu keçmiş millət vəkili, YAP Siyasi Şurasının üzvü Musa Musayev deyib. O, bildirib ki, bu islahatların davamı olacaq. Keçmiş millət vəkili düşünür ki, Azərbaycan əhalisinin sayı 1995-ci ilə nisbətən bir neçə milyon nəfər artıb və seçicilərin, seçki məntəqələrinin də sayı sürətlə artır:

“Bəs Azərbaycan parlamentində deputatların sayı niyə artmasın? Mənim fikrimcə, millət vəkillərinin sayı artırılmalı, eyni zamanda başqa vəzifələrdə çalışan məmurların deputatlığına son qoyulmalıdır.  Dominos pizza

Milli Məclis deputatın daimi iş yeri olmalıdır və onlar yalnız xalqın mənafeyi ə dövlətin inkişafına xidmət edən qanunların hazırlanması ilə məşğul olmalıdırlar”. 

Qeyd edək ki,qanunvericiliyə görə Azərbaycan parlamentində hazırda 125 deputat təmsil olunur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!