Azərbaycanda devalvasiya olacaq? - Manatla bağlı MÜHÜM AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda devalvasiya olacaq? - Manatla bağlı MÜHÜM AÇIQLAMA

İqtisadiyyat

29 Dekabr 2024 12:48 1905


"Manata basqıların azaldığını yox, manatla bağlı siyasətdə dəyişiklik olmayacağını söyləmək daha doğrudur. Ölkədə inzibati məzənnə sistemidir. Təbii ki, Azərbaycan Mərkəzi Bankının rəhbərliyi  ilə iqtisadçı-ekspertlərin mütəmadi görüşü müsbət haldır, çünki çox açıq və şəffaf şəkildə fikir mübadiləsi olur. AMB-nin mövqeyi budur ki, manat sabit qalsın. Amma bu, təkcə Mərkəzi Bankdan deyil, dünyada neftin qiymətindən və sairədən asılı məsələdir. Buna görə də hələlik yaxın zamanlarda dəyişiklik olacağını gözləmirəm".

Bunu Pravda.az-a açıqlamasında ekspert Natiq Cəfərli bildirib.

N.Cəfərlinin sözlərinə görə, Azərbaycanda inzibati məzənnə rejimi olduğu üçün günün birində dəyişikliyə getmək məcburiyyəti yaranacaq: "Bu, bir ilə də, iki, üç ilə də ola bilər. Zamana bağlı məsələdir, amma olacağı dəqiqdir. Neftin qiyməti uzun müddət heç olmasa 60 dollar və üstündə qalsa, o zaman devalvasiya riskləri də azalmış olur. İnflyasiya gözləntiləri isə, aşağı-yuxarı, hökumətlə üst-üstə düşür. Gələn il üçün 5% civarında inflyasiya gözləntiləri var. Mənim fikrimcə, ərzaq inflyasiyası daha yüksək olacaq”.  pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!