Azərbaycanda dezinfeksiya bəhanəsi ilə evlərə girib oğurluq edirlər? – Səs yazısı yayıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda dezinfeksiya bəhanəsi ilə evlərə girib oğurluq edirlər? – Səs yazısı yayıldı

Kriminal

28 Fevral 2020 15:27 1514


Azərbaycanda "Whatsapp" mesajlaşma tətbiqi vasitəsilə yayılan daha bir səs yazısı böyük rezonans doğurub. Yenisabah.az xəbər verir ki, kimliyi məlum olmayan bir nəfər şəxs koronavirusa görə dezinfeksiya adı ilə evlərə girib, oğurluq edildiyini deyib. Həmin şəxs dezinfeksiya bəhanəsi ilə gələnlərin ev sahiblərini qaz balonu ilə yuxuya verdiklərini, daha sonra evdən oğurluq etdiklərini bildirib: "Mənə indi bir xəbər verdilər, evlərə koronavirusu dezinfeksiya etmək adı ilə gəlirlər. Qaz balonları var, adamı yuxuya verir. Sonra da evi süpürüb aparırlar. Dezinfeksiya adı ilə kim qapını döysə, açmayın". Sözügedən səs yazısını təqdim edirik: https://www.youtube.com/watch?v=AYwPiBlKYcM&fbclid=IwAR2WFQAbxJW8ZHrSMZMvl2G-EiLC9ftPHBeIY1tNZF0aZENatE4y_taOTVE Əsmətxanım
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!