Azərbaycanda dizel mühərrikli avtomobillər qadağan edilir?   - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda dizel mühərrikli avtomobillər qadağan edilir? - AÇIQLAMA

Sosial

30 Aprel 2026 21:13 408


Təxminən altı il əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi dizel avtomobillərdən istifadənin mərhələli şəkildə məhdudlaşdırılacağını bildirmişdi. Hazırda bəzi Avropa ölkələri də dizel mühərrikli avtomobillərdən imtina etməyə hazırlaşır.

Bəs ölkəmizdə bu istiqamətdə hansı işlər görülür?

"Yeni Sabah" xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, Azərbaycan Avropa İttifaqının üzvü olmadığı üçün ölkəyə dizel mühərrikli avtomobillərin idxalına hər hansı bir məhdudiyyət qoyulmayacaq: "Baxmayaraq ki, biz avtomobil seqmentində Avropa spesifikasiyasına aidik, amma Avropa İttifaqının üzvü deyilik və bizim ölkəmizdə, təbii ki, dizel mühərrikli avtomobillərin idxalı zamanı hər hansı bir məhdudiyyət olmayacaq".

Bu gün ölkəmizə gətirilən hibrid, "plug-in" hibrid, benzin və dizel avtomobillərinin gömrük rüsumları arasında heç bir fərq yoxdur. Ancaq sözsüz ki, benzin, ələlxüsus da dizel mühərrikli avtomobillər havanı daha çox çirkləndirir. Bu mənada sözügedən avtomobillərin gömrük rüsumunda dəyişikliyin edilməsi mümkündürmü?

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev deyir ki, gələcəkdə dizel yanacaq növü ilə çalışan avtomobillərə hər hansı məhdudiyyətin qoyulması gözlənilmir. Çünki Azərbaycanda bir çox idarələrin, müəssisələrin balansında olan avtomobillər məhz dizel mühərrikli maşınlardır: "Xüsusən də yükdaşımada istifadə olunan iritonnajlı avtomobillər bu tip maşınlar sırasında olduğu üçün bizdə gələcəkdə buna hansısa bir məhdudiyyətin qoyulmasına inanmıram".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!