Əhalinin gəlirləri artıb - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Əhalinin gəlirləri artıb - RƏSMİ

İqtisadiyyat

15 Sentyabr 2020 17:17 816


İlkin mәlumatlara görә, 2020-ci ilin yanvar-avqust aylarında ölkә әhalisinin nominal gәlirlәri 36809,4 milyon manat tәşkil edib.

Yenisabah.az xəbər verir ki, әvvәlki ilin eyni dövrünә nisbәtәn 0,1 faiz artıb. Bu dövrdә ölkәnin istehlak bazarında qiymәtlәrin artımı әhalinin gәlirlәrinin artımını 2,8 faiz bәndi üstәlәyib.

Bütün icbari vә könüllü ödәnişlәr edildikdәn sonra әhalinin sәrәncamında 33171,0 milyon manatlıq vәsait qalmışdır. 2020-ci ilin yanvar-iyul aylarında ölkә iqtisadiyyatında muzdla çalışan işçilәrin orta aylıq nominal әmәkhaqqı 2019-cu ilin müvafiq dövrünә nisbәtәn 21,7 faiz artaraq 715,4 manat tәşkil edib. Dominos pizza

Әmәkhaqqı neft-qaz sektorunda 3509,6 manat, qeyri neft-qaz sektorunda 654,8 manat tәşkil edib. Dövlәt müәssisәlәrindә çalışan işçilәrin әmәkhaqları 628,0 manat, özәl müәssisәlәrdә isә 827,5 manat olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!