Azərbaycanda ən az yoluxma bu tarixdə qeydə alındı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ən az yoluxma bu tarixdə qeydə alındı

Sağlamlıq

09 Aprel 2021 23:07 917


2021-ci il ərzində Azərbaycanda koronavirusa ən az və ən çox yoluxmanın müşahidə olunduğu günlər məlum olub.

Yenisabah.az xəbər verir ki, 2021-ci ildə ən az yoluxma fevralın 15-də qeydə alınıb. Belə ki, həmin gün yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar götürülən 4160 testdən 74 yoluxma halı qeydə alınıb ki, bu da test götürülənlərin təqribən 1.8 faizini təşkil edib.

Bu il ərzində ən çox yoluxma isə aprelin 8-də qeydə alınıb. Belə ki, həmin gün test verən 14581 nəfərdən 2717 nəfərində virus aşkarlanıb ki, bu da test verənlərin 18.6 faizini təşkil edir. Toyuqlu pizza

Fevralın 15-dən aprelin 8-nə qədər koronavirusa yoluxma nisbəti 10 dəfə artıb./Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!