Azərbaycanda ən yüksək maaş bu rayonlarda verilir -   SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ən yüksək maaş bu rayonlarda verilir - SİYAHI

Siyasət

05 İyun 2026 12:20 480


“Dövlət qulluğuna qəbul olunma qaydalarının daha da təkmilləşdirilməsi hər zaman prioritet olaraq qalmaqdadır. Hazırda dövlət qulluqçularının sayı 27,4 min nəfərdir ki, onların da 30,3 faizini qadınlar təşkil edir”.

“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının iyunun 5-də keçirilən ilk iclasında deputat Vüqar Bayramov bildirib.

O vurğulayıb ki, hazırda Naxçıvan Muxtar Respublikasında 2272 dövlət qulluqçusu çalışır: pizza mizza

“Konseptual olaraq iki məqama diqqəti çəkmək istərdim. Birinci dövlət qulluqçuların çalışdıqları iqtisadi rayonlar üzrə bölgüsüdür. Rəsmi statistikaya əsasən, hazırda Naxçıvan Muxtar Respublikasında 2272 dövlət qulluqçusu çalışır. Bakı şəhərində 13756 dövlət qulluqçusu var. Dövlət qulluqçularının daha çox hissəsinin Bakının payına düşməsi anlaşılandır. Bununla belə, bir sıra iqtisadi rayonlarımızda dövlət qulluqçularının sayı heç min nəfərə belə çatmır. Belə ki, Abşeron-Xızı iqtisadi rayonunda cəmi 662, Dağlıq Şirvan iqtisadi rayonunda 696, Mil-Muğan iqtisadi rayonunda 720, Şirvan-Salyan iqtisadi rayonunda 764, Quba-Xaçmaz iqtisadi rayonunda isə 795 dövlət qulluqçusu var. Bu baxımdan, dövlət qulluqçuları üzrə vakansiyaların elan edilməsində diferensial olaraq regional yanaşmanın da tətbiqinə ehtiyac var. Bu iqtisadi rayonlarımızda ixtisaslı kadrların işlə təminatı baxımdan da vacibdir”.

Deputat əlavə edib ki, ötən il üzrə ölkə üzrə dövlət qulluqçularının orta aylıq əmək haqqısı 1971 manat olub:

“Digər məqam dövlət qulluqçularının iqtisadi rayonlar üzrə orta aylıq əmək haqqlarındakı fərqlər ilə bağlıdır. 2025-ci ilə olan rəsmi məlumata görə, ölkə üzrə dövlət qulluqçularının orta aylıq əmək haqqısı 1971 manat olub. Bu göstərici Bakı şəhərində 2539, Naxçıvan Muxtar Respublikasında 1502, Mil-Muğan iqtisadi rayonunda 1371, Mərkəzi Aran iqtisadi rayonunda 1366, Gəncə-Daşkəsən iqtisadi rayonunda 1349, Şirvan-Salyan iqtisadi rayonunda isə 1316 manatdır. Göründüyü kimi, bir sira iqtisadi rayonlarımızda dövlət qulluqçularının orta aylıq əmək haqqısı ölkə üzrə göstəricidən 40 faizə yaxın aşağıdır. Bu əmək haqqı məbləğlərində regional təşviq meyarlarından istifadəni aktuallaşdırır”.

V.Bayramov qeyd edib ki, hazırda dövlət qulluqçularının 69.5 faizi 5 ildən çox çalışanlardır:

“Dövlət qulluqçularının 7,4 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali - 3-cü təsnifatlarda çalışır. 92.6 faizi digər təsnifatlarda o cümlədən, 46,6 faizi 7-ci təsnifatı, 22,2 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyirlər. Bu isə o deməkdir ki, dövllət qulluqçuların böyük əksəriyyəti  üçün işə qəbul ilə bağlı tələblər tətbiq olunur. Bununla yanaşı, hazırda dövlət qulluqçularının 69.5 faizi 5 ildən çox çalışanlardır. Təbii ki, bu sahədə aparılan dərinləşidirlimiş islahatlar dövlət qulluqçularının yaş intervalına da təsir göstərib.  Hazırda dövlət qulluğunda çalışanların tən yarısının yaşı 40-dan aşağıdır. Bu isə dövlət qulluğunda işə qəbulda keyfiyyət meyarları baxımdan vacib hesab olunur”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!