Azərbaycanda “Formula 1” bu tarixdə keçiriləcək

Azərbaycanda “Formula 1” bu tarixdə keçiriləcək

İdman Veb saytların hazırlanması

05 Oktyabr 2019 08:13 1322


“Formula 1” üzrə 2020-ci il mövsümünün təqvimi təsdiqlənib.

"Yeni Sabah" “report”a istinadən xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyasının avtomobil idmanı üzrə şurasının Almaniyanın Köln şəhərində baş tutan iclasında yekun qərar qəbul olunub. Azərbaycan Qran Prisi 5 - 7 iyunda keçiriləcək.

Bu, paytaxtda reallaşacaq 5-ci “Formula 1” yarışı olacaq. İlk Qran Pri martın 15-də Avstraliyanın Melburn şəhərində, sonuncusu isə noyabrın 29-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil ediləcək.

Təqvimdən Almaniya mərhələsi çıxarılıb və yerinə Vyetnamla Hollandiya daxil edilib. İlk test sürüşləri 19 – 21, ikincisi isə 26 – 28 fevralda İspaniyanın Barselona şəhərində keçiriləcək.

2020-ci il mövsümünün təqvimi:

15 mart - Avstraliya

22 mart - Bəhreyn

5 aprel - Vyetnam

19 aprel - Çin

3 may - Hollandiya

10 may - İspaniya

24 may - Monako

7 iyun - AZƏRBAYCAN

14 iyun - Kanada

28 iyun - Fransa

5 iyul - Avstriya

19 iyul - Böyük Britaniya

2 avqust - Macarıstan

30 avqust - Belçika

6 sentyabr - İtaliya

20 sentyabr - Sinqapur

27 sentyabr - Rusiya

11 oktyabr - Yaponiya

25 oktyabr - ABŞ

1 noyabr - Meksika

15 noyabr - Braziliya

29 noyabr - Abu-Dabi.

Qeyd edək ki, 2019-cu il mövsümündə Bakıdakı yarış 26 - 28 apreldə keçirilib və Almaniyanın “Mercedes” komandasının pilotu Valtteri Bottas birinci yeri tutub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!