Azərbaycanda GÜCLÜ ZƏLZƏLƏ olacaq? –   Seysmoloq açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda GÜCLÜ ZƏLZƏLƏ olacaq? – Seysmoloq açıqladı

Sosial

11 Dekabr 2025 12:53 1804


Dekabrın 9-da Qubada 3.3 və bu gün Xəzər dənizində isə 3.8 maqnitudalı zəlzələlər baş verib. Hər iki zəlzələ ölkəmizin seysmik aktiv zonalarında qeydə alınıb və bu, təbii haldır. Azərbaycan ərazisi, o cümlədən Xəzər dənizi, seysmik cəhətdən aktiv bölgələr hesab olunur. Belə ərazilərdə zaman-zaman 3 və daha aşağı maqnitudalı zəif zəlzələlər baş verir.

“Yeni Sabah” bildirir ki, seysmoloq Ənvər Əliyevə NOCOMMENT.az-a açıqlamasına görə, Xəzər dənizi regionun ən mürəkkəb tektonik zonalardan biridir:

“3‑4, bəzən 5‑ə qədər maqnitudalı zəlzələlər tamamilə mümkündür və “hiss olunan zəlzələ” halı da arzuolunmaz deyil. Lakin mövcud geoloji şəraitə baxmayaraq, Azərbaycanda “dağıdıcı və güclü zəlzələ” ehtimalı yüksək deyil. Ölkədə hazırda baş verən kiçik təkanlar mütləq “böyük zəlzələnin siqnalı” sayılmamalıdır. Lakin, seysmik aktivlik olduğu üçün risk heç zaman sıfır deyil və vətəndaşlar, tikinti sektoru və yerli idarəetmə daima ehtiyatlı olmalıdır”. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Nasraddin Abbasov
    Kiçik amplitudalı zəlzələlərin olması böyük zəlzələlərin gücünü azltmağa xidmət edir.Onlar nə qədər çox olsa o qədər yaxşıdır.Bu ona dəlalət edirki,zəlzələnin gücü zəifləyir.
    5 months ago