“Belə bir zamanda Prezidentin bu cür humanist addım atması, bütün məsuliyyəti öz üzərinə götürməsi, əlbəttə, vətəndaş üçün, sahibkar üçün hədsiz əhəmiyyətlidir. Yəni, Prezident , iflas olmuş vətəndaşının yanında olduğunu göstərdi. Doğru yanaşmadır”.
“Yeni Sabah” xəbər verir ki, bunu Multimedia Mərkəzinin rəhbəri, siyasi ekspert Osman Gündüz bildirib. O, qeyd edib ki, eyni zamanda düşünürəm ki, bunu bir ənənəyə çevirmək də təhlükəlidir: “Normal sistem yaranmalıdır, baş verənlərdən nəticələr çıxarılmalıdr. Sığorta sistemi işə salınmalıdır.
Bu cür ağır nəticələrə səbəb olan faktlar aşkara çıxarılmalıdır ki, sabah təkrarlanmasın. Günahkarlar bilinməlidir və qanuna uyğun məsuliyyət daşımalıdır”. Pepperoni pizza
İcra intizamının möhkəmləndirilməsinə ciddi ehtiyacın olduğunu deyən ekspert qeyd edir ki, dövlət qurumu qarşıya qoyulan vəzifələri keyfiyyətli və müasir tələblərə uyğun formada icra etməyə hazır deyil. Bunun səbəbləri araşdırılmalıdır: “Nə üçün? Vəsait ayrılmayıb, yoxsa məsuliyyətsizlik, yaxud rüşvət , korrupsiya var? Bəzən də müşahidə olunur ki, hansısa oliqarxın təsiri ilə dövlət qurumunun qərarını icra etmək problemə çevrilir.
Dövlət qurumlarına qarşı tələblər sərtləşdiriməlidir, qərar və tapşırıqların icrasına məsuliyyəsizliklə bağlı sərt tədbirlər görülməlidir. İctimai nəzarət üçün imkanlar genişləndirilməlidir.
Bəzən prezident yanında keçirilən müşavirələrdə məlum olur ki hansısa nazir və ya rəhbər şəxs verilən tapşırıqları icra etməyib. Amma sonradan müşahidə olunur ki, cəza ya olmur, ya sadəcə danlanır, ya yumşaq olur, ya da vəzifədən çıxmaqla canını qurtarır.
Düşünürəm ki, dövlət nəzarəti gücləndirilməlidir. Ciddi məsuliyyətlər, cərimələr müəyyən olunmalıdır. Bəlkə də PA-da, NK-da dövlət nəzarəti ilə bağlı əlavə strukturlar yaradılması daha faydalı ola bilərdi.
Prezident yanında İctimai Palatanın yaradılması da ictimai nəzarətin gücləndirilməsinə yardımçı ola bilərdi”.
Telegram kanalımız