Azərbaycanda hərbi qulluqçularla görüşlərə məhdudiyyət qoyulub

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda hərbi qulluqçularla görüşlərə məhdudiyyət qoyulub

Maraqlı

17 Sentyabr 2021 13:28 1162


Dövlət Sərhəd Xidmətində xidmət edən hərbi qulluqçularla koronavirusla əlaqədar görüşlərə məhdudiyyət qoyulub.

Yenisabah.az-ın xəbərinə görə, bu barədə APA-ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirib ki, Azərbaycan Respublikası ərazisində Koronavirus (COVİD-19) pandemiyasına qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarlarına uyğun olaraq Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə görüşlərin təşkilində tətbiq edilmiş məhdudiyyətlər qüvvədədir. pizza hut

Qeyd olunub ki, sərhəd mühafizə qurumlarında “COVİD-19” infeksiyasının yayılmasının qarşısının alınması üzrə fəaliyyətlər çərçivəsində Dövlət Sərhəd Xidmətinin birləşmələrində hərbi qulluqçularının koronavirus əleyhinə vaksinasiyası davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!