Azərbaycanda hərbi zavodda partlayış -   Ölən var

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda hərbi zavodda partlayış - Ölən var

Hadisə

14 Noyabr 2025 15:31 3218


Bu gün günorta saatlarında “Azərsilah” Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası baş verib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb. 

Qəza nəticəsində müəssisənin əməkdaşı İsmayılov Adil Balaş oğlu həlak olub.  pizza sifarişi

Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.

Qeyd edək ki, “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsi 1956-cı ildə “Təcrübə Zavodu” və “Neftkimyacihaz” Xüsusi Konstruktor Bürosunun bazasında yaradılıb.

1985-ci ildə həmin müəssisənin bazasında “Sənayecihaz” Elmi-İstehsalat Birliyi təsis edilib.

2006-cı ildən “Sənayecihaz” EİM adı altında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!