Azərbaycanda iki şəhidin məzarı qarət edildi -    GÖRÜNTÜ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda iki şəhidin məzarı qarət edildi -  GÖRÜNTÜ

Hadisə

20 Noyabr 2025 09:13 1775


Bakıda 2 Vətən Müharibəsi şəhidinin məzarı qarət edilib.

“Yeni Sabah” xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanında baş verib.

Şəhid Mayor Səyavuş Kəlbalıyevin həyat yoldaşı Pərvanə Kəlbalıyeva deyir ki, hadisə ilə bağlı xəbəri səhər saatlarında alıb. pizza

Onun oğurlanan yeganə əşyaları (döyüş dəbilqəsi və çəkmələri) 4 ildir şüşə qutunun içərisində, məzarın yanında qorunurmuş.

Digər şəhid Fəxri Məmmədovun atası Habil Fəxri isə deyir ki, hadisəni eşidəndəndən dərin sarsıntı içərisindədirlər:

“Balamın əlləri dəyən öz gitarasını, tək təsəllimizi aparıblar”.

Hadisə ilə bağlı DİN-dən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Əməli törədən şəxs və ya şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!