Azərbaycanda iş adamının 8 MİLYONLUQ əmlakı müsadirə olundu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda iş adamının 8 MİLYONLUQ əmlakı müsadirə olundu

Sosial

20 Dekabr 2025 15:42 24646


İş adamı Məzahir Hüseynova məxsus milyonluq mülklər müsadirə olunub.

"Yeni Sabah" Teleqraf.az-a istinadla xəbər verir ki, söhbət İsmayıllı rayonu Ticran kəndində yerləşən beş müxtəlif ictimai-iaşə obyektindən gedir.

Bunların sırasına "Zəngəzur Harmony" hoteli də daxildir. Üçmərtəbəli sözügedən hotelin satış qiyməti 2 milyon 380 min manat dəyərləndirilib. Sezar pizza

İş adamının istirahət kompleksinin daxilində yerləşən və müsadirə olunan əmlaklarından digərlərinin qiyməti isə 2.8 milyon və 1 milyon 220 min manatdır. Dövlət hərracında satılacaq digər iki obyektin qiyməti isə 800 min manat civarındadır.

Hərrac gələn il yanvarın 8-də keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!