Azərbaycanda iş axtaranlar üçün yeni qaydalar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda iş axtaranlar üçün yeni qaydalar

Sosial

13 İyun 2019 07:20 2121


Baş nazir Novruz Məmmdov “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nın təsdiq edib.

“Yeni Sabah” xəbər verir ki, qaydalar “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-cü maddəsinə əsasən hazırlanıb və işaxtaran və işsiz şəxslər üçün peşə hazırlığının təşkili qaydasını müəyyən edir.  

İşaxtaran və işsiz şəxslər peşə hazırlığına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq  orqanları və ya “DOST” mərkəzləri” tərəfindən cəlb edilirlər. Dominos pizza

Peşə hazırlığı üzrə təşkil edilən kurslarda təhsil müddəti 6 (altı) aya qədərdir.

Peşə hazırlığını başa çatdırmış və ixtisas imtahanını müvəffəqiyyətlə vermiş müdavimlərə təhsil haqqında dövlət sənədi (sertifikat) verilir.

Peşə hazırlığının təşkili

Xidmət:

- əmək bazarının tələblərinə uyğun olaraq işaxtaran və işsiz şəxslərin peşə hazırlığına dair ehtiyaclarını müəyyən edir;

- işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili ilə əlaqədar Xidmətin şəhər, rayon məşğulluq orqanlarının və Mərkəzin fəaliyyətini əlaqələndirir;

- peşə hazırlığına cəlb olunmuş işaxtaran və işsiz şəxslərə təhsil müəssisələrinə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin  “Məşğulluq” altsistemi vasitəsilə bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun göndəriş verir;

- peşə hazırlığının təşkili məqsədilə 2 nömrəli əlavəyə uyğun üçtərəfli (Xidmət - təhsil müəssisəsi - müdavim) və ya 3 nömrəli əlavəyə uyğun dördtərəfli (Xidmət – təhsili müəssisəsi - işəgötürən - müdavim) müqavilələr bağlayır;

- peşə hazırlığı məqsədləri üçün  ayrılmış vəsaitlər çərçivəsində maliyyələşdirməni təmin edir;

- təhsil müəssisələri və Mərkəz tərəfindən bu Qayda ilə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinə nəzarət edir.

- Xidmətin şəhər, rayon məşğulluq orqanları və ya Mərkəz MAS-da işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslərin lazımi peşə və ya ixtisası olmadığına görə onun üçün münasib işi seçmək mümkün olmadıqda, əvvəlki peşəsi (ixtisas) üzrə işləmək qabiliyyətini itirdikdə peşə hazırlığına cəlb edir.

- Peşə hazırlığı Xidmətin tabeliyindəki təhsil müəssisələrin-də, dövlət təhsil müəssisələrində və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlərin satınalınması yolu ilə özəl peşə təhsili müəssisələrində təşkil edilir.

- İşsiz şəxslərin peşə hazırlığı ödənişsiz təşkil olunur.

- Peşə hazırlığına cəlb olunmuş işsiz şəxslərə təhsil aldıqları dövrdə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə uyğun olaraq minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilir.

- Xidmətin təklifi ilə bir şəhər və (və ya) rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidindən digərinə peşə kurslarına göndərilməsi ilə əlaqədar şəxsin çəkdiyi xərc (taksi xərcləri istisna olmaqla) kompensasiya edilir.

- İşaxtaranlara və işsizlikdən sığorta ödənişini aldığı dövrdə peşə hazırlığına cəlb olunan işsiz şəxslərə təqaüd verilmir.

- İşaxtaranların peşə hazırlığı ödənişli həyata keçirilir. Bu məqsədlə Xidmətin şəhər, rayon məşğulluq orqanlarının və ya Mərkəzin vasitəçiliyi ilə təhsil müəssisəsi və işaxtaran arasında müvafiq müqavilə imzalanır.

Peşə hazırlığı işsizlikdən sığorta fondunun vəsaiti, işəgötürənlərin vəsaiti, işaxtaran şəxslərin şəxsi vəsaiti, “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən qrantlar, ianələr və yardımlar, qanunvericiliklə qadağan olunmayan digər  mənbələr hesabına maliyyələşdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!