Azərbaycanda jurnalist 500 manat cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda jurnalist 500 manat cərimələndi

Maraqlı

20 Dekabr 2021 12:58 788


Sosial şəbəkələrdə ordu ilə bağlı yazılar paylaşan jurnalist Səxavət Məmməd cərimələnib.

Yenisabah.az xəbər verir ki, bu barədə S.Məmməd özü məlumat verib. O bildirib ki, dekabrın 18-də Baş Prokurorluğa dəvət edilib: “İzahatımı aldılar, daha sonra söhbət etdik.

Orada da bildirdim ki, orduda baş verənlərlə bağlı yazdıqlarım uzun müddətli araşdırmanın nəticəsidir. Ardından məhkəməyə aparıldım. pizza hut

İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə görə) maddəsi ilə ittiham edildim və hakim məni təqsirli bilərək 500 manat cərimə etdi.

Hakim yazıda rüşvətə toxunmağımla bağlı suallar verdi. Faktiki olaraq yazıda kimin kimə rüşvət verməsini yazmamışdım”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!