Azərbaycanda kərə yağı yenə BAHALAŞDI

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda kərə yağı yenə BAHALAŞDI

İqtisadiyyat

13 Dekabr 2024 01:14 804


Azərbaycanda son bir ayda kərə yağı yenidən bahalaşıb.

Yenisabah.az Bakupost.az-a istinadən xəbər verir ki, marketlərdə kərə yağının bahalaşması ötən ayla müqayisədə təxminən 10% civarındadır.

Belə ki, oktyabrın sonlarında bir kiloqramı 21,99 manata satılan "Belarus" kərə yağı hazırda 23,95 manata qalxıb. Pepperoni pizza

Müqayisə üçün bildirək ki, sentyabrda "Belarus" kərə yağının bir kiloqramı 18,49 manat idi.

Dövlət Statistika Komitəsinin ötən gün yaydığı məlumatda da noyabr ayında bahalaşan ərzaq məhsulları sırasında kərə yağının daha çox bahalaşdığı bildirilib.

Qeyd edək ki, mütəxəssislər bunu dünya bazarında kərə yağının qiymətinin qalxması ilə əlaqələndirirlər. Azərbaycanda kərə yağı əsasən idxal olduğu üçün qiymətlər də dünya bazarındakı vəziyyətdən asılı olur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!