Şəmkirdə ailə üzvlərini yandıran şəxs saxlanılıb.
1963-cü il təvəllüdlü Yaqubov Vəli Əkbər oğlu Şəmkir Rayon polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılıb. Dördpendirli pizza
Qeyd edək ki, hadisə ailə münaqişəsi zəminində baş verib. /APA
***
Şəmkirdə kişi ailə münaqişəsi zəminində həyat yoldaşını, oğlunu, gəlinini və azyaşlı nəvəsini yandırıb.
“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, Vəli Vəliyev hadisədən bir neçə saat əvvəl ailəsi ilə mübahisə edib və onlara bildirib ki, evi tərk etsinlər.
Əks təqdirdə o ailə üzvlərini evi yandıracağı ilə hədələyib. Daha sonra benzin tökərək altıotaqlı evi əşyaları ilə birlikdə yandırıb. Bu zaman ailə üzvləri də xəsarət alıb. Yaxınlarının sözlərinə görə, ailədə uzun müddət söz-söhbət olub.
Ailənin üç yaşlı övladı Vəliyev Ömər Əkbər oğlu ev yanan zaman xilas edilib. İnsident zamanı ağır yanıq xəsarətləri alan 32 yaşlı Vəliyev Əkbər Vəli oğlu, 32 yaşlı Hüseynova Nərgiz Zahid qızı və dörd yaşlı Vəliyeva Banu Əkbər qızının vəziyyəti ağır olduğundan TTYX birqadası ilə Bakı şəhərində gətirilib.
Hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
Telegram kanalımız