Azərbaycanda kişi polis bölməsində arvadını döyüb xəstəxanalıq etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda kişi polis bölməsində arvadını döyüb xəstəxanalıq etdi

Hadisə

24 Noyabr 2019 16:40 942


Mingəçevirdə Polis Şöbəsində izahat verən qadına əri tərəfindən ağır xəsarət yetirilib.

"Yeni Sabah" xəbər verir ki, hadisə ailə münaqişəsi zəminində baş verib.

Belə ki, 1998-ci il təvəllüdlü şəhər sakini Mustafayeva Pəri Rasim qızı ailədaxili mübahisə ilə əlaqədar Mingəçevir Şəhər Polis Şöbəsinə izahat vermək üçün gəlib. Əri isə gözlənilmədən Polis Şöbəsində ona yumruq zərbələri endirib. Sezar pizza

Sifət nahiyəsindən müxtəlif dərəcəli qapalı travma alan qadın xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!