Azərbaycanda koronavirusdan   ölənlərin sayı 300-ü keçdi, 520 yeni yoluxma

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda koronavirusdan ölənlərin sayı 300-ü keçdi, 520 yeni yoluxma

Sağlamlıq

12 İyul 2020 17:36 972


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 520 yeni yoluxma faktı qeydə alınıb, 486 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 24 041 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 15 093nəfər müalicə olunaraq sağalıb, 306 nəfər vəfat edib, 8642 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. pizza

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7878, ötən müddət ərzində isə  ümumilikdə 568 234 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!